
Kılıçdaroğlunun siyasi məsləhətçisi infarktdan dünyasını dəyişib
Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müşaviri Şükrü Karaca vəfat edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə infark keçirərək xəstəxanaya çatdırılan Karacanın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə bu sahəhədə yüksək peşəkarlıq təcrübəsinə malik olan Şükrü Karaca daha əvvəl Doğru Yol Partiyasının sabiq lideri Tansu Çillerin də siyasi müşaviri olub.
Hüquqşünas olan 57 yaşlı Şükrü Karaca ailəli və 2 övlad atasıdır.
Qaynar.info