
Gürcüstanın tanınmış opera müğənnisi, əməkdar artist Leliko Caparidze “Vahid Milli Hərəkat” partiyasının ciddi revanşa hazırlaşdığını bildirib.
Anspress.com-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, bu məlumatları ona hakimiyyətdə təmsil olunan olduqca ciddi insanlar verib. Caparidzeinin sözlərinə görə, vaxtilə Vahid Milli Hərəkatda təmsil olunmuş şəxs adam Bokeriyanın, Ramişvili, Merabişvili və Qiqi Tevtadzenin iştirak etdiyi birgə gizli iclasda olub: “Məsələ burasındadır ki, artıq revanş üçün vaxt yetişib. Onlar deyirdilər ki, nə qədər çox vaxt itiririksə, İvanişvili öz mövqelərini daha da gücləndirir. Məhz bunun üçün də artıq ona zərbə vurmaq vaxtıdır”.
Müğənni bildirib ki, Tiflisdə bunu etmək onlar üçün çox çətin olacaq: “Bunun üçün onlar regionları nəzərdə tuturlar. Onlar orada vəziyyəti nəzarətdən çıxarmaq və durumu elə bir vəziyyətə gətirib çıxarmaq istəyirlər ki, gürcü xalqı Zviad Qamsaxurdiyanın dövrünü yada salsın”.
L.Caparidze vurğulayıb ki, onların – müxalifətin kifayət qədər silah-sürsatı da var.
Qaynar.info