Xəbər lenti

Müxaliflər Şərqi Qutanı Əsədə təhvil verir?
Dünya07:13 02.04.2018

Müxaliflər Şərqi Qutanı Əsədə təhvil verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müxalif qüvvələrin nəzarətində olan Suriyanın Şərqi Quta ərazisinin prezident Bəşər Əsədə təhvil verilməsi iddia edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hökümət mediası Duma şəhərində nəzarəti həyata keçirən Ceyş Əl İslam qrupunun Əsədlə razılığa gəldiyini bildirir. Ötən gün əldə olunan razılıq barədə Hizbullah mətbuatı da xəbər verib və bu məlumatı təsdiq edib. Lakin silahlı qrup bu informasiyanı rədd edir. 
Qeyd edək ki, ərazidə yalnızca Duma şəhəri müxaliflərin əlindədir. Digər yerlərə Bəşər Əsəd və ona dəstək verən Rusiya nəzarət edir. Ərazidə baş verən qarşıdurmada bu günə qədər minlərlə insan ölüb, on minlərlə insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.
Gülşən