Xəbər lenti

Muzeydəki əsərlərin əksəriyyəti saxta çıxdı
Dünya16:35 29.04.2018

Muzeydəki əsərlərin əksəriyyəti saxta çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın Elne ərazisində yerləşən Terrus muzeyində sərgilənən rəsm əsərlərinin böyük əksəriyyətinin saxta olduğu aşkarlanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, muzeydə fransız rəssam Etyen Terrusun rəsm əsərləri sərgilənirdi. Burada göstərilən 140 rəsmdən 82-sinin Terrus tərəfindən çəkilmədiyi ortaya çıxıb. Saxta əsərlərin dəyəri 160 min avrodur. 
Bir müddət əvvəl tarixçi Erik Forkado əsərlərin orijinallığı ilə bağlı şübhələrini dilə gətirmişdi. Muzeyin təşkil etdiyi ekspertlər komitəsi bu şübhənin doğruluğunu sübut edib.
Polis məsələ barədə istintaq aparır.
Tarixçilər digər muzeylərdə də oxşar faktın mövcud olma ehtimalı barədə xəbərdarlıq ediblər. 
Gülşən