Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın Xarici İşlər naziri Hüseyin Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq səfər sabah reallaşacaq. Səfər çərçivəsində iki ölkə arasındakı əlaqələr hərtərəfli müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.