Xəbər lenti

Myanma hərbi hökuməti 4 demokratiya fəalını edam etdi
Dünya 12:01 25.07.2022

Myanma hərbi hökuməti 4 demokratiya fəalını edam etdi

Myanma dövlət mediası bazar ertəsi ölkənin hərbi hakimiyyət orqanlarının dörd demokratiya tərəfdarını "terror aktları" ittihamı ilə edam etdiyini bildirib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Bu, Myanmada bir neçə onilliklərdən sonra ilk edam hallarıdır. Bu Cənub-Şərqi Asiya ölkəsi hökumət çevrilişi ilə hərbçilərin əlinə keçib.

"Global New Light Myanmar” qəzeti edam edilənlər arasında demokratiya tərəfdarı Kyav Min Yu və keçmiş parlament üzvü və hip-hop ifaçısı Pyu Zia Thavın  olduğunu yazıb.

Qəzet yazır ki, edam edilən şəxslər terrorla mübarizə və cinayət qanunu ilə ittiham olunub, cəzaları da həbsxanada icra edilib.

Yanvarda bağlı qapılar arxasında keçirilən məhkəmə prosesində edam cəzasına məhkum edilən dörd nəfər ötən il dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən və müxaliflərə qanlı repressiyaya başlayan orduya qarşı milislərə kömək etməkdə günahlandırılıb.

Qeyd edilir ki, beynəlxalq aləm bu hökmləri qınaqla qarşılyıb. BMT-nin iki eksperti bunu əhalini terror etmək üçün "iyrənc cəhd” adlandırıb.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->