Xəbər lenti

Myanma hökuməti xuntanı 2023-cü ilə qədər uzatdı
Dünya 22:05 01.08.2022

Myanma hökuməti xuntanı 2023-cü ilə qədər uzatdı

Myanmada hərbi çevrilişin lideri general Min Anq Helianq fövqəladə vəziyyətin 2023 ilə qədər uzadıb və o vaxta qədər hakimiyyətdə qalacağını bildirib. O, həmçinin gələn il ölkədə demokratik seçki keçirəcəyinə söz verib.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

Xatırlandılır ki, təxminən altı ay əvvəl hərbçilər Myanma hökumətini devirərək hakimiyyəti ələ keçiriblər.

Bu kontekstdə sürgündə olan Myanma Milli Birlik Hökumətinin numayəndələri BBC-yə bildiriblər ki, ölkə xalqı "azad və ədalətli” seçkidə öz fikrini yüksək səslə ifadə edib. Onlar ölkədə hakim hərbiçilərin azad seçkilərin keçirilməsi vədini boş hesab ediblər.

Qeyd edilir ki, yaxın ğünlərdə Myanmanın hərbi komandirləri keçən həftə dörd demokratiya fəalının edamını pisləyən ASEAN sammitində iştirak etməlidir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->