Myanmada iki kütləvi amnistiya qərarı icra ediləcək.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, prezidentin qərarına görə, 6520 nəfər azadlığa buraxılıb. Ötən ay verilən qərara görə, 10 mindən çox məhbus azadlığa çıxacaq. Həbsdən buraxılanlar arasında Reuters Agentliyinin 2 jurnalisti Va Lon və Kyau Soe Oo da var. Həmin şəxslər 2017-ci ilin sentyabrında Rohinca hadisələrini işıqlandırdıqları zaman saxlanılmışdı.
Qeyd edək ki, Myanmada amnistiya qərarları 17 apreldən bəri qəbul edilib və kütləvi əfvlərin davamı gözlənilir.
Gülşən