"Pussy Riot" qrupunun üzvü Nadejda Tolokonnikova (Rusiya Federasiyasında xarici agent elan olunub) ictimai fəal Vitali Borodinin müraciətinə görə terrorçu kimi tanına bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı
yazıb.
Kanalın məlumatına görə, Borodinin ifadəsi artıq Baş Prokurorluqdan Federal Tədqiqat Xidmətinə (FTX) ötürülüb. İndi FTX əməkdaşları Tolokonnikovanın Ukrayna Silahlı Qüvvələri ilə potensial əlaqələrini öyrənəcəklər. "Mash" yazır ki, bu səbəbdən müğənni "terrorizmə dəstək" ittihamı ilə üzləşə bilər.
Qeyd edək ki, araşdırmaya səbəb onun zarafatı olub. Belə ki, Nadejda Ukrayna ordusu üçün pul toplamağa, həmçinin Rusiya pasportunu yandırmağa hazır olduğunu deyib. Ondan sonra Vitali Borodin Baş Prokurorluğa müraciət edib.
2023-cü ilin martında Nadejda Tolokonnikovaya qarşı sosial şəbəkələrdəki yazılarına görə dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb. O, bir neçə ildir ki, Rusiyada deyil, ABŞ-da yaşayır.
2012-ci ildə Nadejda Tolokonnikova və "Pussy Riot"un digər iki üzvü Mariya Alexina və Yekaterina Samutseviç Moskvadakı Xilaskar Məsihin Katedralində "pank duasına" görə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Fəallar 2013-cü ildə amnistiyaya əsasən azadlığa buraxılıblar.
Aydın