Ukraynanın "Naftoqaz" QSC-nin idarə heyətinin sədri Yuri Vitrenko bildirib ki, "Qazprom" tranzit haqqını tam ödəməkdən imtina etdiyi üçün Ukrayna yayda beynəlxalq arbitraja müraciət edə bilər.
Qaynarinfo bu haqda Rosbalt-a istinadla xəbər
verir.
Onun sözlərinə görə, "Qazprom” hazırda "sifariş etdiyi həcmlərə görə” daha az ödəyir. Vitrenko vurğulayıb ki, tranzit müqaviləsinə əsasən, mübahisələrin həlli üçün 45 gün vaxt verilir. RBC xəbər verir ki, iyul ayında şirkət arbitraja müraciət etmək hüququ qazanacaq.
May ayında "Naftoqaz”ın rəhbəri artıq iyun ayında Ukrayna şirkətinin qaz tranziti üçün ödəniş almaması səbəbindən "Qazprom”la yeni arbitrajın mümkünlüyünü açıqlamışdı.
Xatırladaq ki, mart ayında Rusiya Ukraynaya qarşı müharibə başlatdıqdan sonra Ukrayna hakimiyyəti Rusiya qazının Ukrayna ərazisindən müntəzəm tranzitini elan etmişdi. Vitrenko bildiribmişdi ki, qazın Ukrayna ərazisindən nəqli "texniki cəhətdən mümkün” olduğu müddətdə davam edəcək. Mayın əvvəlində Ukraynanın qaz ötürmə şəbəkəsi operatoru (OGTS) Rusiya qazının Luqansk vilayətindəki "Soxranovka” qazpaylayıcı stansiyası vasitəsilə Avropaya tranzitinin fors-major vəziyyətə görə dayandırıldığını elan edib. OGTS izah edib ki, məntəqə Ukrayna tərəfindən idarə olunmur. "Qazprom” da öz növbəsində tranzitin davam etdirilməsinə "heç bir maneə görmədiklərini” bəyan edib.
Alpər