
Misirin Şimali Sinay vilayətində açıq ərazidə namaz qılan keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarına atəş açılıb.
Qaynar.info xəbər verir ki, kamera tərəfindən çəkilən görüntülərdə cümə namazı qılan insanlara tərəf atəş açıldığı görüntülənir. İlk öncə bir neçə nəfər ayağa qalxaraq qaçmağa başlayır, daha sonra isə atəş səslərinin artması ilə qalan insanlar da qaçmağa başlayıb.
Ərazidə zirehli texnikaların da olduğu gözə dəyir.
Hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir.
Qaynar.info