Xəbər lenti

“Namaz zamanı ağlamaq namazı pozarmı?” - CAVAB
Ölkə20:27 12.03.2016

“Namaz zamanı ağlamaq namazı pozarmı?” - CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oxucuların bu sualını islam.az saytı cavablandırıb. 

Qaynar.info həmin cavabı təqdim edir:

“Namaz zamanı diqqəti namaza yönəltmək, namaz əməllərinin, oxunan surələrin mənası barədə düşünmək, özünü Allahın hüzurunda hiss edib xüzu və xüşu (yəni Allahın hüzurunda təvazökarlıq) halında olmaq müstəhəbdir. 

Dünyəvi mövzular haqqında düşünmək namazı pozmasa da, bəyənilmir. Namazda dini səbəblər üzündən, məsələn, öz günahlarını yada salaraq, cəhənnəm əzabından qorxaraq, cənnətin şövqünü duyaraq ağlamaq nənki bəyənilməz sayılmır, hətta təşviq edilir. Lakin dünya işlərindən ötrü (kasıblıq, xəstəlik, digər maddi dünya problemləri üzündən) ağlamağa gəlincə, alimlərin əksəriyyətinin fikrincə, ehtiyata görə namazı pozar.”.

Qaynar.info