Braziliyalı hücumçu Neymar naməlum bir iş adamından təxminən 1 milyard dollarlıq irs qazanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Terra" portalı məlumat yayıb.
Məlumata görə, futbolçuya daşınmaz əmlak, investisiyalar və şirkətlərin səhmləri miras qoyulub. İş adamının kimliyi açıqlanmır, lakin o, öz hərəkətinin səbəbini izah edərək sağlamlıq problemləri yaşadığını və cəmiyyətdən küsdüyünü bildirib. Onun sözlərinə görə, Neymarı pərəstişlə izləyir, özünü onunla eyniləşdirir və futbolçunu fədakar insan hesab edir.
Qeyd edilir ki, sənəd 2023-cü ilin iyununda tərtib olunub, iki şahidin və notarius köməkçisinin iştirakı ilə rəsmiləşdirilib. Bununla belə, Neymarın nümayəndəsi bildirib ki, futbolçu hələlik rəsmi şəkildə belə bir vəsiyyət barədə məlumat almayıb.
Xatırladaq ki, Neymarın şəxsi sərvəti artıq bir milyard dolları ötüb. O, bu ilin əvvəlində yenidən karyerasına başladığı klub – "Santos”a qayıdıb. Daha əvvəl isə Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubunda çıxış edirdi. Braziliya təmsilçisi yayda onunla müqaviləni 2025-ci ilin sonuna qədər uzadıb və tərəflərin əməkdaşlığı daha sonra yenidən davam etdirilə bilər.
Aydın
Şərhlər