ABŞ-ın İndiana ştatının Qrinvud şəhərindəki ticarət mərkəzində silahlı hücum olub. Nəticədə üç nəfər ölüb, iki nəfər isə yaralanıb.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər
verir.
Qrinvud Polis Departamentinin rəisi Jim İson jurnalistlərə bildirib ki, hadisə ötən gün yerli vaxtla saat 18:00 radələrində "Greenwood Park Mall"da baş verib.
Qurbanlar arasında bir kişi və dörd qadın, həmçinin 12 yaşlı qız var. O, atışmadan sonra yüngül xəsarətlərlə valideynləri tərəfindən xəstəxanaya aparılıb.
CNN-nin məlumatına görə, bu il ərzində ABŞ-da 350 kütləvi atışma olub.
M.Arif