Xəbər lenti

Naməlum şəxslər Paşinyanın oğlunu döydü - Parlamentinin sədri yazdı
Dünya10:24 03.04.2023

Naməlum şəxslər Paşinyanın oğlunu döydü - Parlamentinin sədri yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda naməlum şəxslər Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşota hücum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Alen Simonyan öz Facebook səhifəsində yazıb.
Siyasətçi insidenti Ermənistan hakimiyyətinin nümayəndələrinə və onların yaxınlarına qarşı "ardıcıl təxribatların bir hissəsi” adlandırıb. O, "dünən Aşot Paşinyana da hücum edilib” yazıb. Ermənistan parlamentinin rəhbəri insidentin digər təfərrüatlarını açıqlamayıb.
Alen Simonyan bəyan edib ki, Ermənistan müxalifətinin nümayəndələri son vaxtlar ölkə hakimiyyətinin nümayəndələrinə və onların qohumlarına qarşı "bir sıra təxribatlar” həyata keçiriblər. Onun fikrincə, bu təxribatların izləri "Ermənistandan kənardadır”.
Ermənistan parlamentinin sədri əlavə edib ki, əvvəllər müxalifətçilər hakimiyyətlə əlaqəsi olan siyasətçilərə qarşı fiziki zorakılıq tətbiq ediblər. Belə ki, onun sözlərinə görə, Daşnaksütyun partiyasından olan deputat Mher Saakyan martın sonunda Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyanı döyüb. Alen Simonyan hesab edir ki, bu hadisə və Ermənistanın baş naziri Nikolay Paşinyanın oğlunun İrəvanda döyülməsi "eyni zəncirin halqalarıdır”.
Nizami Bağırov