Xəbər lenti

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil etdi
İdman19:14 26.10.2022

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nant"ın Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu üçün iştirak ərizəsi açıqlanıb.
Sabahkı qarşılaşmada baş məşqçi Antuan Kombuarenin sərəncamında 23 futbolçu olacaq. Onların 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
İştirak ərizəsinə erməni əsilli orta xətt oyunçusu Qor Manvelyanın da adı salınıb.
Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç
Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya
Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen
Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.