Xəbər lenti

Napoleonun ölüm maskası rekord qiymətə satıldı
Dünya11:35 20.06.2013

Napoleonun ölüm maskası rekord qiymətə satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa imperatoru Napoleon Bonapartın ölüm maskası Londondakı Bonhams auksion evində 170 min funt sterlinqə satılıb. 

Qaynar.info-nun məlumatına görə, maskanın ilkin qoyməti 40-60 min funt olub. 

Qeyd edək ki, həmin maska 1821-ci ildə Müqəddəs Yelena adasının keşişi Riçard Boys tərəfindən Napoleonun ölümündən iki gün sonra hazırlanıb. Maskanın içində "Rev Mr Boys" (Möhtərəm Mister Boys) yazılıb. 

Maskanı auksiona həmin keşişin nəticələrindən biri Endryu Boys təqdim edib. Uzun illər maska Boysun evinin çardağında saxlanılıb.

Qaynar.info