
Meksikanın Miçoacan ştatında polislə qarşıdurmada iyirmiyə yaxın silahlı qruplaşma üzvü öldürülüb, rəsmilər məlumat yayıb.
Hadisə silahlı qruplaşmanın polis maşınlarına pusqu qurmaq üçün yolları avtomobillərlə bağlaması ilə başlayıb.
Bu ştatın qərb hissəsinə narkotik qaçaqmalçılığı ilə məşğul olan nüfuzlü Müqəddəs Cəngavər qrupu nəzarət edir.
May ayında prezident Enrique Pena Nieto polisi və ordunu bu əraziyə vəziyyəti ələ almaq üçün göndərib.
Çərşənbə günü iğtişaşı isə son həftələrdə polislə bu qruplaşma arasında olan qarşıdurmalardan sonra baş verib.
Bu qruplaşmalar bəzi regionlarda həm də, insan oğurluğu və zorakılıqla məşğul olur. Bu ərazilərdə özünü-müdafiə qrupları olsa da, səylər boşa çıxır.
“İki polis və iyirmiyə qədər qruplaşma üzvü öldürülüb, 15 nəfər isə həbsdədir”, daxili işlər naziri bəyanatında deyib.
Ayın əvvəlində Meksika donanması dünyada narkotik-silahlı qruplaşma lideri kimi tanınan Miguel Angel Trevino Moralesi həbs edib.
Zetas leaderinin həbsi prezident Nietonun ötən dekabrda hakimiyyətə gəlməsindən sonra etdirə bildiyi ən böyük işlərdəndir.
2006-cı ildən indiyə qədər Meksikada 60 min insan həyatını bu tip qarşıdurmalarda itirib. Həmin ildə sabiq prezident Felipe Calderon ordunu narkotik alverçilərinə qarşı silahlandırmağa başlayıb.
Qaynar.info