Xəbər lenti

Narkomanlar koronavirusa yoluxarsa... - Narkoloq
Sağlamlıq12:50 10.06.2020

Narkomanlar koronavirusa yoluxarsa... - Narkoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Narkotik asıllığı olan insanların koronavirusa  yoluxması halına rast gəlməmişik”.
Bunu Qaynarinfo-ya açıqlamasında narkoloq Asif Məmmədov deyib. Narkoloq qeyd edir ki, pandemiya narkoloqların işinə heç bir təsir etmir:
"Əgər alkoloq, yaxud da narkotik qəbul edən koronavirusa yoluxarsa, onların ölüm təhlükəsi böyükdür. Onların immun sistemi zəif olur. Hətta belə xəstələr cavan olsalar da, onların həyati təhlükəsi var. 
Biz  məhdud sayda xəstələr görürük. Gərək belə xəstələr daha ciddi olsunlar. Əgər narkotik xəstə koronavirusa yoluxarsa, onun müalicəsi çox vaxt aparacaq”.
Bahar Rüstəmli