Xəbər lenti

Narkozdan ayılan xəstəni ölümcül döydü – VİDEO
Dünya07:53 04.07.2013

Narkozdan ayılan xəstəni ölümcül döydü – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həkim –anestezeoloq narkozdan ayılan xəstəni ölümcül döyüb. 

Müşahidə kamerasından lentəə alınan yazıda görünür ki, xəstə  intensiv terapiya palatasında aparatlara qoşulu vəziyyətdədi, ancaq huşu yerindədir. Bir müddət o həkimlə mübahisə edir. Bu zaman onu müalicə etməli olan reanimotoloq əvvəlcə başına, bir neçə saniyədən sonra isə ürək tərəfdən sinəsinə vurur. Uzanmış xəstə isə əlləri bağlı olduğundan heç nə edə bilmir.

Bir müddət sonra xəstə dünyasını dəyişir. Reanimotoloq, tibb elmləri namiməzi, anesteziya və reanimasiya şöbəsinin rəhbəri Andrey Votyakov etiraf edir: «Mən narkozdan ayılan xəstəni sakitləşdirməyə çalışmışam».

Artıq həkimin işdən qovulduğu deyilir.

Hazırda hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, istintaq gedir.(faktxeber)