Cümə axşamı, 8 iyul tarixində kosmik zibil təhlükəli şəkildə BKS-in (Beynəlxalq Kosmik Stansiya) yaxınlığından keçə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Təhlükəli yaxınlaşma Bakı vaxtı ilə 17.16-da, 4.8 kilometr minimum məsafədə baş verə bilər.
Bu arada Roscosmos yaxınlaşmanı stansiya üçün təhdid kimi qəbul etməyib. Rusiya dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin öz Telegram kanalında yazıb ki, "Hyuston BKS-in sabah 4.8 kilometrə qədər naməlum bir obyektə (kosmik zibil) yaxınlaşma təhlükəsini orta ehtimalla görüb". Eyni zamanda, "10^-5 əsəbiləşmək vaxtı çatanda kandar sayılır", - Roqozin deyib.
Onun sözlərinə görə, rusiyalı mütəxəssislər yalnız məsafənin qiymətləndirilməsində NASA ilə razılaşırlar. Orada hələ təhlükə təsdiqlənməyib. Rusiya müşahidə cihazları, obyektin 4.584 kilometr məsafədə BKS-dən keçəcəyini bildirir.
Alpər