NASA "Parker Solar Probe" adlı kosmik gəmini Günəşə göndərəcək.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kosmik gəmi 2024-cü ildə Günəşə 7 milyon km məsafədə olacaq. "Parker Solar Probe"un Günəşə bu günə qədər ən yaxın məsafəyə getmiş kosmik gəmi adını alması gözlənilir. Kiçik avtomobil böyüklüyündə olan gəmi müxtəlif araşdırmalar üçün istifadə ediləcək.
NASA iyul ayında yola salınacaq "Parker Solar Probe"da könüllülərin adlarının qeyd ediləcəyini açıqlayıb. "Hottest Ticket" adlı layihəyə müraciət edənlərin adı "microchip" vasitəsilə Günəşə göndəriləcək. Son müraciət tarixi 27 apreldir.
Qeyd edək ki, kosmik gəmi Günəşin plazma hissələrini külək kimi uzağa fırlatması nəzəriyyəsini inkişaf etdirən Eugene Parkerə görə belə adlandırılıb. NASA ilk dəfə kosmik gəmiyə həyatda olan şəxsin adını verib.
Gülşən