Xəbər lenti

NASA Çini Marsa zond göndərməsi münasibətilə təbrik etdi
Dünya12:54 23.07.2020

NASA Çini Marsa zond göndərməsi münasibətilə təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NASA rəhbəri Cim Braydenstayn Çin səlahiyyətlilərini Marsın kəşfiyyatı üçün "Tianwen-1" ("Göylərə Suallar-1") ilk zondun uğurlu yola salınması münasibətilə təbrik edib.
"Bugünkü buraxılışı ilə Çin beynəlxalq Mars tədqiqat birliyinə qoşulmağa daha yaxındır. ABŞ, Avropa, Rusiya, Hindistan və tezliklə BƏƏ sizi maraqlı elmi kəşf ili üçün Marsda qarşılayacaq", - deyə Cim Braydenstayn Twitter-də yazıb.
Qaynarinfo xəbər verir ki, Marsın araşdırılması üçün ilk Çin zondunun işə salınması Bakı vaxtı ilə saat 08: 41-də Çançjen-5 (Uzun gəzinti5) buraxılış vasitəsindən istifadə edərək Hainan adasındakı "Vençan” Kosmodromunda uğurla başa çadıb. Raket 2167 saniyəlik uçuşdan sonra zondu gərəkən orbitə çatdırıb və o, "Marsı araşdırmaq üçün səyahətinə" başlayıb.
İlkin hesablamalara görə, zondun planetin səthinə çatması üçün yeddi ay lazım olacaq, əgər missiya müvəffəq olarsa, zond alınan məlumatları 2021-ci ildə Yerə göndərəcək.
Missiyanın əsas məqsədi Marsda mümkün həyat əlamətlərini tapmaq, elm adamlarına bu planetdəki vəziyyətin gələcəkdə insan həyatına uyğun olması üçün dəyişə biləcəyini anlamağa kömək etməkdir.
Alpər