
İnsanların ən həssas olduğu nöqtələrdən biri inanclarıdır. Dünyada iki tip insan var: Açıq və qapalı görüşlü. Açıq görüşlü insanlar hər hansısa bir hadisənin yaranma səbəbinə müxtəlif aspektlərdən yanaşaraq təhliletmə qabiliyyətinə malik şəxslərdir. Digər qrup isə gördüklərinə, hətta eşitdiklərinə süni bir şəkildə inananlar və qeyd-şərtsiz qəbul edənlərdir. Deyə bilərsiniz ki, inanc məsələsi aksiom kimidir, yəni hər hansısa bir isbata ehtiyacı yoxdur. Haqlısınız. Lakin son illərdə dünyada baş verən və üzdə qeyri-adi görünən hadisələr tamamilə fərqli yanaşma tələb edir ki, bu da müəyyən qədər öz həqiqiliyini isbat etmişdir.
Səmada insan simalarının, müxtəlif dini simvolların görünməsi, ara-sıra bununla bağlı mətbuatda yayımlanan videogörüntülər, bəzi yerlərdə mələk və ya işıq seli kimi görünən və “müqəddəs” don geyindirilmiş obyektlər və s. çoxları tərəfindən möcüzə kimi qəbul edilir. Bəs gördüklərimiz gerçəkdə nədir?
“Project Blue Beam” (“Mavi işıq layihəsi”)

NASA tərəfindən gizli bir şəkildə həyat keçirilməkdə olan bu layihə şirkətdə çalışan naməlum şəxs tərəfindən ifşa edilir və bunun haqqında araşdırmaçı-jurnalist Serge Monastr ilk dəfə 1994-cü ildə mətbuata yazı dərc edilir. Serge araşdırmalarını genişləndirdiyi üçün 2 il sonra, yəni 1996-cı ilin 5 dekabrında 1 günlüyünə həbs olunur və təsadüfi deyil ki, buraxıldıqdan sonra ertəsi günü evində ölü olaraq tapılır. Ölüm səbəbi isə infarkt göstərilir. Layihə gizliliyini qismən itirsə belə, bu gün də baş verən ilginc olaylar onun davam etdirilməsinin göstəricisidir.
İddialara görə “Project Blue Beam” mərhələli şəkildə gerçəkləşdiriləcək.
“Din” və “tarix” üzərində manipulyasiyalar:
Bu mərhələdə HAARP (iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla tərəfindən irəli sürülüb) texnologiyasından istifadə edilərək planlı şəkildə zəlzələ və sunamilər yaradılacaq.
Bunun köməkliyi ilə dünyanın həssas nöqtələrində əvvəlcədən basdırılan və guya ki, uzun illər öncəyə aid olan “səmavi kitablar” üzə çıxarılacaq. Tapılan yeni məlumatlar dini kitablarda yazılanları inkar edərək insanların inanclarının sarsıdılmasına xidmət edəcək.
İşıq və lazer köməyi ilə holoqrafik dini fiqurlarla insanların aldadılması
Bu, yeni nəsil texnologiyalardan istifadə edərək insanların inandığı müqəddəs şəxsiyyətlərin və obyektlərin göy üzündə və ya yerdə işıq effektlərinin köməyi ilə canlandırılmasıdır.
Layihənin təşkilatçıları insanların dini inanclarından istifadə edərək saxta İsa Məsih və İmam Mehdi kimi müqəddəs şəxsiyyətlərin simalarını üçölçülü lazerlərin köməyi ilə göydən enmiş kimi nümayiş etdirəcək və onları özlərinin irəli sürdükləri fiqurun həqiqətən də müqəddəs olduğuna inandırıb itaət etməyə məcbur edəcəklər. Həmçinin səs effektlərinin köməyi ilə bu səhnənin daha da inandırıcı olmasına çalışacaqlar. Qeyd edək ki, ingilis alimləri 2012-ci ildə “audio spotlight” adlı texnologiya ixtira edib. Hava limanında sınaqdan keçirilən bu cihaz vasitəsilə çağırış edilən zaman zalda yalnız çağırılan şəxs təhlükəsizlik otağına gəlib.Yəni bir şəxsə xitab edilərkən,yalnız həmin adam bunu eşidir. Güman ki, bu texnikanın köməyi ilə müxtəlif dillərdə səsləndirilən ifadələr yalnız həmin bölgənin şəxslərinə çatdırılacaq.

Layihənin ən önəmli hissələrindən biri də “Tractor beams” (“Çəkici işıqlar”) adlanır. Bu texnikanın köməyi ilə fiziki təmasa ehtiyac olmadan bir qrup insan göyə yüksəlirmiş kimi təsvir olunacaq.

Yuxarıda qeyd edilənlərə nümunə olaraq Misirdə vətəndaş müharibəsi zamanı Xızır peyğəmbər kimi təqdim olunan şəxsin at belində göyə yüksəlməsi, kəbənin üzərində işıq selinin mələk şəklində təqdim olunması, NASA-nın kosmosda cənnəti tapması ilə bağlı yayılan foto və başqa yüzlərlə bu tip görüntülərin əslində lazer şousu olduğu üzə çıxıb. NASA bu sahədə araşdırmalarını davam etdirir və bəzən sınaqlar zamanı ortaya çıxan görüntülər “ufo” (uçan boşqab) kimi təqdim olunur.
İddialara görə, bunda əsas məqsəd insanların dini görüşlərindən faydalanaraq onları nəzarətdə saxlamaq, kütləni bu görüntülərin həqiqətən də möcüzəvi olduğuna inandırmaqdır.
Qaynar.Az