Xəbər lenti

NASA: Yerə Eyfeldən dörd dəfə böyük təhlükəli asteroid yaxınlaşır
Dünya11:32 05.02.2022

NASA: Yerə Eyfeldən dörd dəfə böyük təhlükəli asteroid yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
138971 (2001 CB21) adlı asteroid mart ayında Yerə yaxınlaşacaq.
Qaynarinfo xəbər verir ki, bu haqda Newsweek-in məlumatında deyilir. NASA-ya görə, böyük kosmik cismin diametri təxminən 1,3 kilometrdir. O, Eyfel qülləsindən dörd dəfə hündürdür.
Asteroidin martın 4-də Bakı vaxtı ilə saat 12:00 radələrində planetin yanından keçəcəyi gözlənilir. Alimlər xəbərdarlıq ediblər ki, o, saatda 43 min kilometrdən çox sürətlə hərəkət edir.
NASA bunu "potensial təhlükəli" olaraq təyin edib. Eyni zamanda, alimlər əmindirlər ki, yaxın gələcəkdə onun Yerlə toqquşması baş verməyəcək.
Mütəxəssislər, "Asteroid Yerin ən yaxın nöqtəsindən üç milyon mildən çox uzaqda olacaq, bu, bizimlə Ay arasındakı məsafədən on dəfədən çox uzaqdır", - ekspertlər qeyd edib.
 
Alpər