"Dua edirəm ki, heç vaxt həbsdən çıxmayasınız."
Qaynarinfo
xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz "Facebook" səhifəsində Qarabağda ləğv edilmiş xuntanın keçmiş rəhbərlərinə xitabən yazıb.
"Niyə xalqı ölüm-dirim savaşına çağıran "prezident” adlananların heç biri alnına güllə sıxmadı? Həyat qiymətlidirmi, cənablar? Müəssisələrinizi, buğda sahələrinizi, çətənə plantasiyalarınızı xilas etmək üçün minlərlə itirdiyimiz övladlarımızın həyatı qiymətli deyildimi?
Siz özünüzü kim hesab edirsiniz? Bütöv bir xalqı aldatmaqdan qurtula biləcəyinizi düşünürdünüzmü? Mən qarabağlılara heyrətlənirəm ki, niyə o plantasiyaları sizinlə gübrələməyiblər?
Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Ancaq üzülməyin, Ermənistandan olan əkinçiləriniz tezliklə sizə qoşulacaq, onların da sizin kimi alınlarına güllə sıxmağa cəsarətləri çatmayacaq”, - Natali Aleksanyan yazır.
Alpər