Müğənni Natəvan Həbibi toya hazırlaşır. Bu haqda prodüser Tarix Əliyev (Tolik) “ATV Maqazin Onlarla” verilişinə açıqlamasında deyib.
O bildirib ki, toyun təşkilatçılığı ona həvalə edilib: “Natəvanın xeyir işi olacağını Türkiyədə öyrənmişdim. Toy üçün sürprizlər hazırlayırıq. Natəvan istəyirdi ki, mediaya qapalı olsun. Amma dedim ki, elə zəmanədə yaşayırıq ki, hamı fotoları "Instagram"da yayacaq. Ən yaxşısı jurnalistləri çağır, gəlib xoş günündə yanında olsunlar".
Tolik xalq artisti Aygün Kazımova ilə N. Həbibini toyda bir araya gətirməyi planlaşdırdığını deyib: "Bir də gördünüz, toya Aygün Kazımova ilə birlikdə getdik”.
Qeyd edək ki, N. Həbibinin nişanı ötən ayın sonunda olub.