Xəbər lenti

"National Geographic"dən bir-birindən maraqlı FOTOLAR
Dünya12:50 08.05.2018

"National Geographic"dən bir-birindən maraqlı FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"National Geographic Travel Photographer 2018" müsabiqəsi üçün ilkin fotolar göndərilib.
Qaynarinfo dünyanın müxtəlif yerlərindən göndərilən fotoları sizlərə təqdim edir:
Müəllif - Veronika Domit / Fotoqraf Meksikada səyahətdə olarkən yerli xalqın maraqlı ritualının şahidi olub.
Mərasim günorta saatlarında gerçəkləşdirilir. Yerli xalqın inancına görə bu zaman Ana Yerlə Ata Günəş arasında əlaqə yaranır. İnsanlar ildə bir dəfə yağışın yağmasını üçün bu mərasimi keçirirlər.
Müəllif - avstralyalı fotoqraf Aydan Uilyams / Portuqaliyada böyük dalğaların üzərindən çəkilən iplə hərəkət edən kəndirbaz Andrey Karr
Müəllif - amerikalı fotoqraf Peyton Sickles / Peyton Havay adalarında səyahətdə olarkən çəkib. Binanın başında yerləşən şəffaf bir hovuzda üzən iki uşaq fotoqrafa sülh işarəsi göstərirlər.
Müəllif - amerikalı fotoqraf Tihomir Triçkov / "Merilayna minnətdarlıq" filminin çəkilişindən.
Müəllif - banqladeşli fotoqraf Yusif Taşar / "Eid-ul Adha" festivalı ərəfəsində Banqladeşdə bir qatar stansiyaya yaxınlaşır. Bir çox insan festivalda iştirak etmək üçün şəhərə axın edir.
Müəllif - amerikalı fotoqraf Ceremi Leski / Kubanın paytaxtı Havanada basketbol oynayan iki gəncin kölgədə rəqsi
Müəllif - hindistanlı fotoqraf Maneş Lonkar / foto Hindistanın Sasvadtavn əyalətinin Vir kəndində çəkilib. Kənd camaatı hər il Şri Naz Mhaskoba məbədinə toplaşaraq festival keçirirlər. Festival çərçivəsində rəqslər, tamaşalar göstərilir, ayinlər oxunur və ətrafa qırmızı toz səpilir.
Müəllif - fotoqraf Mattia Passarini / Tibetdə Taşi LhunPo monastrında ayin icra olunur və bu zaman müridlərdən birinin gizlincə istifadə etdiyi iPhone markalı telefon fotoqrafın gözündən yayınmır. Qeyd edək ki, Monastrın əsası Dalay Lama tərəfindən qoyulub.
Müəllif - ispaniyalı fotoqraf Mauro de Bettio / Banqladeşin paytaxtı Dəqqə şəhərində gəmiqayırma zavodu. Zavodda 15 minə yaxın fəhlə işləyir. Onlar həm istifadə müddəti bitmiş gəmiləri parçalara ayırır, həm də yeni gəmilər düzəldirlər. 8 yaşından 80 yaşına kimi işçilər var. Onların işi olduqca çətin və təhlükəlidir. Fəhlələrə yalnız ailələrini dolandıra biləcəkləri qədər məvacib verilir.