
NATO-nun Şimali Atlantika Şurasının növbəti sessiyası Gürcüstanda keçiriləcək.
"Qaynarinfo.Az" gürcü mətbuatına istinadən xəbər verir ki, payızda NATO baş katibi Uens Stoltenberq Tiflisə gələcək.
Bu barədə Stoltenberq NATO-nun Varşava sammitinin yekunlarına həsr olunan mətbuat-konfransında bəyan edib.
O deyib ki, Gürcüstanın NATO üzvlüyünə doğru addımlarını dəstəkləyirik: "Sentyabrda keçiriləcək tədbirdə Şimali Atlantika Şurasının üzvləri də Gürcüstan paytaxtına gələcək".