Xəbər lenti

NATO-dan Rusiyaya xəbərdarlıq: “Putin addımlarına davam etsə..."
Dünya13:24 04.03.2022

NATO-dan Rusiyaya xəbərdarlıq: “Putin addımlarına davam etsə..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, Baş katib bu barədə Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Yens Stoltenberq bildirib ki, NATO Rusiyaya daha ağır sanksiyalar tətbiq edə bilər: "Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək. Ukraynaya dəstəyimiz davam edir. Amma biz heç bir halda müharibənin birbaşa iştirakçısı olmayacağıq. Bu, dünya üçün daha böyük təhlükə yarada bilər. Rusiya beynəlxalq ictimaiyyət arasında qınanılır. Putin məsələnin həlli üçün diplomatiya yolunu seçməlidir”.