Xəbər lenti

NATO gəmiləri nədən Krım yaxınlığında kəşfiyyat apara bilmir – Mənbə
Dünya15:50 16.03.2020

NATO gəmiləri nədən Krım yaxınlığında kəşfiyyat apara bilmir – Mənbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krıma yaxınlaşan NATO gəmiləri sahil radio-elektron müharibə (REM) vasitələrinin əksikliyi üzündən kəşfiyyat əməliyyatları keçirə bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə bölgənin güc strukturlarındakı mənbə məlumat verib. Mənbə həmçinin Qara dənizdəki kəşfiyyatın rabitə və rəqəmsal şəbəkələrə nüfuz etmək cəhdindən başqa bir şey olmadığını da bildirib. Lakin radio-elektron müharibə vasitələrinin hərəkəti səbəbindən NATO gəmiləri geri dönərək bölgəni tərk edirlər.
REM vasitələri gəmilərdə naviqasiya parametrlərini pozur, bunun da nəticəsində naviqasiya qurğuları yanlış məlumatlar göstərir. Buna görə də gəmilər öz istiqamətini itirirlər.
Qeyd edək ki, son illərdə NATO donanması Qara dənizdə daha tez-tez görünməyə başlayıb. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Qərb ölkələrini, ilk növbədə ABŞ-ı kəşfiyyat əməliyyatlarından imtina etməyə çağırıb. Lakin NATO Rusiyanın müraciətlərinə məhəl qoyulmayıb.
Alpər