Xəbər lenti

NATO gəmiləri Qara Dənizə girdi – FOTO
Dünya07:53 04.07.2014

NATO gəmiləri Qara Dənizə girdi – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO-nun mina-tral qrupunun ikinci daimi heyətinin dörd hərbi gəmisi boğazlardan keçərək Qara Dənizə daxil olub.

Aktual.az xəbər verir ki, bu barədə “İnterfaks”a diplomatik mənbələrdən məlumat daxil olub. Agentliyin əməkdaşının verdiyi məlumata görə, İtaliyanın iki hərbi gəmisi - “Avier” və “ Rimni”, Yunanıstanın “Maçitis”, həmçinin Türkiyənin “Ağçay” tralı dünən Qara Dənizin sularına daxil olub.

Bidirilib ki, gəmilər NATO-nun Bolqarıstandakı “Burqas” limanına istiqamət alıb. Məqsəd “Briz” şərti adı altında birgə hərbi dəniz təlimlərinin keçirilməsidir. Qeyd edilir ki, təlimlər NATO-nun İtaliyanın Neapol şəhərindəki komandanlığından idarə olunacaq.

Qaynar.info