
XİN-in yeni mətbuat katibi kimdir?
Aktual.az-ın Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə etdiyi məlumatlara görə, XİN-in yeni mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirib.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzinin məzunu olan XİN-in mətbuat xidmətinin yeni rəhbəri həmçinin, Belçikanın ULB universitetin magistr dərəcəsini də alıb.
Onun XİN-dəki fəaliyyət dövrü 2000-ci ildən başlayıb və XİN-in Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində çalışıb.
Diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışan Hikmət Hacıyev Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin müşaviri vəzifəsində də çalışıb.
Hikmət Hacıyev 2013-cü avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb.
Yeni təyinata qədər 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, o, ötən gün Efiopiyaya səfir göndərilən Elman Abdullayevi əvəz edib.
Qaynar.info