Xəbər lenti

NATO-nun 4 batalyonu Rusiyaya hücuma hazırlaşır: Böyük müharibə qapıda
Dünya10:50 01.05.2016

NATO-nun 4 batalyonu Rusiyaya hücuma hazırlaşır: Böyük müharibə qapıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO Rusiya sərhədləri yaxınlığında 4 min əsgər yerləşdirməyə hazırlaşır. Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Jorunal” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Baltikyanı ölkələrdə ikisi ABŞ, biri Almaniya, biri isə Böyük Britaniyanın olmaqla 4 NATO batalyonu yerləşdiriləcək. 
ABŞ-ın müdafiə nazirinin müavini Robert Uork hərbiçilərin sayını təsdiq edib. Onun sözlərinə görə, NATO-nun bu addımı Rusiyanın regionda artan fəallığına cavabdır.
“Rusiya bu regionda böyük sayda qoşunla təlimlər keçirir. Fikrimizcə, bu fitnəkar davranışdır”, - deyə Uork vurğulayıb.
Qaynarinfo.az