Xəbər lenti

NATO-nun 4400 səhifəlik gizli müdafiə planı: Hansı Alyans dövləti hansına cavabdehdir?
Dünya06:06 14.07.2023

NATO-nun 4400 səhifəlik gizli müdafiə planı: Hansı Alyans dövləti hansına cavabdehdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun Rusiyanın hücumuna cavab vermək üçün gizli müdafiə planları 4400 səhifədən ibarətdir. Onlar Rusiya təhlükəsinə cavab olaraq alyans ölkələrinin nə etməli olduqlarını təfərrüatı ilə müəyyənləşdirirlər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın ünlü "Bild” nəşri yazır. 
Təhdidlər zamanı NATO-nun Avropadakı qüvvələrinin baş komandanının əvvəlcədən məsləhətləşmədən qərar qəbul etməsinə icazə verilməsi planlaşdırılır. Almaniya əsas logistika mərkəzi rolunu oynamalıdır. Gələcəkdə 35 mini Bundesver əsgəri də daxil olmaqla 300 min hərbi qulluqçu yüksək hazırlıq vəziyyətində olacaq. Şərq cinahına daha çox əsgər yerləşdirmək planlaşdırılır. 
Müdafiə planlarına görə, Almaniya Litvaya, Kanada Latviyaya, Böyük Britaniya Estoniyaya, ABŞ isə Polşaya cavabdehdir. NATO-nun ikinci quru komandanlığının yaradılması müzakirə edilir, lakin məsələ hələ də həllini tapmayıb. Yerləşmə yeri kimi Visbaden baxılır. Orada artıq ABŞ ordusunun böyük bazası var. NATO sualtı kommunikasiyalarını təxribatdan daha yaxşı qorumaq istəyir. Nortvuddakı Dəniz Komandanlığının bazasında yeni müşahidə mərkəzi yaradılır. Gələcəkdə bütün alyans üzvləri müdafiə sahəsinə ÜDM-nin ən azı 2%-ni sərmayə qoymalıdırlar. NATO uzaqmənzilli artilleriya sistemlərinin və raketlərin, hava hücumundan müdafiə sistemlərinin istehsalını artıracaq.
Nizami Bağırov