Pakistanda NATO-nun avtomobil karvanı atəşə tutulub. Trend-in məlumatına əsasən, Pakistan polis döyüşçülərin ölkənin cənub qərbində NATO-nun Kəraçi və Kvetta şəhərləri arasında yanacaq daşıyan sisternli avtomobil karvanına atəş açdığını bildirir.Polisin nümayəndəsinin sözlərinə görə, nəticədə 15 avtomobil yanıb.
Xatırladaq ki, ötən cümə günü NATO karvanına hücum nəticəsində yanacaqla dolu 8 avtomobil yanmış, sürücülərdən biri öldürülmüşdü.
Qeyd edək ki, NATO Pakistan ərazisindən Əfqanıstandakı qoşunlarına yanacaq və digər yüklər çatdırır.