Xəbər lenti

NATO-nun baş katibindən Rusiyaya aydın siqnal: Ukrayna alyansda olacaq
Dünya12:55 07.07.2023

NATO-nun baş katibindən Rusiyaya aydın siqnal: Ukrayna alyansda olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynanın öz sıralarına daxil edilməsi ideyasına sadiqliyini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun baş katibi Brüsseldə mətbuat konfransında deyib.
"Mən gözləyirəm ki, müttəfiq liderlər Ukraynanı NATO üzvlüyünə yaxınlaşdıracaq üç element üzərində razılığa gələcəklər. Birincisi, biz Ukraynaya çoxillik yardım proqramını təsdiq etməliyik. İkincisi, biz NATO-Ukrayna Şurası yaratmaqla siyasi əlaqələrimizi gücləndirəcəyik, üçüncüsü, alyans ölkələrinin liderlərindən Ukraynanı NATO-nun üzvü kimi görmək istəklərini bir daha təsdiqləmələrini və bu məqsədə çatmaq üçün birləşmələrini gözləyirəm”, - Stoltenberq bildirib.
Baş katibin fikrincə, bütün bunlar NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş verməlidir. Bununla o, Rusiyaya Qərb müttəfiqlərinin Ukraynanı sonadək dəstəkləyəcəyinə dair aydın siqnal göndərməyə ümid edir.
Nizami Bağırov