Xəbər lenti

NATO-nun erməni ümidi
Dünya19:33 15.01.2015

NATO-nun erməni ümidi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ümid edirik ki, Ermənistan hökuməti Gümrü hadisələrinə görə ölkədə yaranmış ağır vəziyyətdən çıxmaq üçün düzgün qərar verə biləcək.

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin ənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay açıqlama verib. 

"Mən iki şeyi qeyd etmək istəyirəm. Birincisi, Gümrüdəki qətl dəhşətli insan faciəsidir, ikincisi ümid edirik ki, Ermənistan hakmiyyəti ölkədən yaranmış vəziyyətdən çıxa biləcək", deyə Appaturay bildirib.

Qeyd edək ki, Ermənistanda vəziyyət getdikcə gərginləşir. Minlərlə insan Rusiya səfirliyi, Gümrüdəki Rusiya hərbi bazası və prezident Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirir.

Onu da qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.

Qaynar.info