Xəbər lenti

NATO-nun hərbi bazasında partlayış – Ölən, yaralananlar var
Dünya08:08 12.11.2016

NATO-nun hərbi bazasında partlayış – Ölən, yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO-nun Əfqanıstandakı Baqram hərbi bazasında partlayış baş verib. 

Yerli vaxtla səhər saatlarında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baqram əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisənin baş vermə səbəbləri məlum deyil. 

İki gün əvvəl Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən səfirliyinə terror hücumu nəticəsində 6 nəfər dünyasını dəyişib, 120 nəfər yaralnıb. Terror hadisəsinə görə məsuliyyəti Taliban terror təşkilatı öz üzərinə götürüb.(AzNews.az )

Qayanrinfo.Az