Xəbər lenti

NATO ölkələri 1000 "Patriot" alacaq
Dünya09:00 04.01.2024

NATO ölkələri 1000 "Patriot" alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO Almaniya, Niderland, Rumıniya və İspaniya da daxil olmaqla bir qrup ölkəyə 1000-ə qədər "Patriot" hava hücumundan müdafiə raketi almağa dəstək verdiyini açıqlayıb. 
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Avropada hava hücumundan müdafiə sistemini gücləndirmək və regionda raket istehsalını artırmaq məqsədi daşıyır.
Raketlərin tədarükü və istehsalı üzrə müqavilə "Raytheon" və MBDA arasında birgə müəssisə olan COMLOG-a verilib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, sursat istehsalının artırılması Ukrayna və Avropa ölkələrinin təhlükəsizliyinin təmin olunmasının açarıdır.
Dekabrın sonunda Yaponiya milli müdafiə ixracı qaydalarına ABŞ-a onlarla "Patriot" raketi göndərməyə icazə verən düzəlişləri təsdiqləyib. Bu, Vaşinqtona öz arsenalını artırmağa və Ukraynaya təchizat üçün daha çox raketdən müdafiə sistemləri ayırmağa imkan verəcək. 
Aydın