NATO-nun Baş katibi Yens Stoltenberq daha bir il vəzifəsində qalacaq. Belə ki, müttəfiqlər Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən onun səlahiyyət müddətini uzatmağa razılaşıblar.
Qaynarinfo "Sky News" telekanalına
istinadla xəbər verir ki, rəsmi olaraq bu qərarın NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək fövqəladə sammitində elan edilməsi planlaşdırılır. Bununla belə, iki Qərb rəsmisinin sözlərinə görə, Stoltenberqin müddətinin uzadılması artıq bütün müttəfiqlər tərəfindən razılaşdırılıb.
Belə ki, Norveçin keçmiş baş naziri Stoltenberqin səlahiyyət müddəti sentyabrda başa çatsa da, daha bir il Baş katib vəzifəsində qalacaq.
Stoltenberq 2014-cü ildən bu vəzifədədir və NATO-nun ən uzun müddət vəzifədə olan baş katibidir.