NATO Rusiya prezidenti Vladimir Putinin bütün Ukraynanı nəzarətə götürmək niyyətində hər hansı dəyişiklik görmür. Ona görə də müharibə illərlə davam edə bilər.
Qaynarinfo Alarabiya.net saytına istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq
deyib.
"Biz prezident Putinin bütün Ukraynanı nəzarətə götürmək, həmçinin beynəlxalq nizami yenidən qurmaq ambisiyasını dəyişməsinə dair hər hansı dəyişiklik görmürük. Ona görə də biz uzun yola hazır olmalıyıq”, - Baş katib bildirib.
Stoltenberqin mövqeyi Rusiyanın Kiyev ətrafından geri çəkilməsi və yeni qüvvələrlə Ukraynanın şərqinə fokuslanmasından sonra açıqlanıb.
"Biz Ukraynanı dəstəkləməli, sanksiyaları davam etdirməli və öz müdafiə və müqavimətimizi gücləndirməliyik, çünki proses uzun çəkə bilər və biz buna hazır olmalıyıq”, - Stoltenberq deyib.
Stoltenberq vəziyyətlə bağlı realist olmağa və müharibənin aylarlala, bəlkə hətta illərlə davam edəcəyi senariyə hazır olmağa çağırış edib.
O, həmçinin Ukraynaya edilən hərbi yardımlardan da danışıb.
"Mən müttəfiqlərin Ukraynaya konkret hansı növ silahlar verdiyi ilə bağlı detallara varmayacağam, ancaq deyə bilərəm ki, onların ümumilikdə gördükləri işlər əhəmiyyətlidir”.
NATO baş katibi həmçinin son müharibənin Avropada təhlükəsizlik reallığını uzun illər üçün dəyişdiyini bildirib.
Nurlan Hüseynov