
NATO qüvvələrinə aid təyyarələr Əfqanıstanın Herat bölgəsində yanlışlıqla mülki vətəndaşları vurub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hücumda 13 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu barədə Herat bələdiyyəsinin sözçüsü Ceylani Fərhad məlumat verib. Fərhad bildirib ki, vətəndaşların yaşadığı ərazi Taliban qüvvələrinin yerləşdiyi yerə çox yaxın olub.
Əməliyyat nəticəsində 16 terrorçunun öldüyü, 4-nün isə yaralandığı bildirilir.
Taliban terror qrupunun yaydığı məlumatda isə 35 mülki vətəndaşın öldüyü deyilir.
Gülşən
Qaynarinfo.Az