NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin sədri Günter Fehlinger hesab edir ki, Ermənistan Alyansa qoşulmalıdır. O, ABŞ-ı ölkəni "müdafiə etməyə” çağırıb.
Qaynarinfo xəbər verir ki, Fehlinger X səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək, "Mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram”
yazıb.
"Ermənistanın NATO-ya daxil olması məsələsini ölkə rəhbərliyi həll edir, lakin bu, "Cənubi Qafqazda vəziyyəti yaxşılaşdırmayacaq” və "təhlükəsizlik problemlərinin həllində İrəvana kömək etməyəcək”, - bu sözləri NEWS.ru-ya Rusya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, NATO yeganə məqsəd güdür - Rusiya sərhədləri yaxınlığında gərginlik ocağı yaratmaq.
"NATO aqressiv və tamamilə sabitliyi pozan bir quruluşdur, açıq-aşkar rusofob əməllərlə məşğuldur. Əgər şübhə varsa, Ukraynadakı vəziyyətə baxsınlar. Bəyəm Ukrayna NATO-ya daxil olmaq istəyəndən və bu aqressiv bloka mümkün qədər yaxınlaşmaq siyasəti yeritdikdən sonra ora daha təhlükəsiz oldu?” - Cabarov bildirib.
Rusiyalı senator ümid edir ki, erməni xalqı düzgün qərar verəcək.
Cabarov xatırladıb ki, Ermənistan Rusiyanın KTMT-də ən yaxın müttəfiqi olmaqla yanaşı, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür.
Nizami Bağırov