NATO-da hərbiçilər və məmurlar arasında Rusiya ilə müharibənin qaçılmaz olduğu inamı getdikcə artır. Rusiyaya qarşı qarşıdurmada artıq yalnız hərbi ekspertlər yox, həmçinin Alyans daxilində də "Səhnə sıfır” (Phase Zero) barədə danışırlar — belə bir ciddi narahatlıq müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Welt”
yazır.
Ekspertlər həmçinin bildirirlər ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiya hücum təhlükəsi əhəmiyyətli dərəcədə artacaq.
"Heç kim bilmir ki, Ukraynada müharibə nə qədər davam edəcək. Lakin müharibə başa çatdıqdan sonra NATO ərazilərinə, xüsusən Baltik ölkələrinə hücum riski ən yüksək olacaq. Biz artıq "Səhnə sıfır”dayıq”, deyə nəşrə müsahibə verən keçmiş yüksək rütbəli NATO generalı bildirib.
Alyans həmçinin bəzi rus hərbi dairələrinin yenidən təşkilindən narahatdır. Bu islahat rus qoşunlarının NATO ilə sərhədlər yaxınlığında daha çox yerləşməsinə gətirib çıxaracaq, — Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin Weltə müsahibəsində deyib. "Görürük ki, bu bölmələr bir-iki həftəlik döyüş hazırlığından sonra sürətlə Ukraynaya köçürülür. Amma bir müddət sonra onlar yenə geri dönəcək”, deyə o vurğulayıb.
Rusiya qoşunlarının sərhəd yaxınlığında yerləşdirilməsi NATO üçün problem yaradır: böhran baş verdiyi halda rus qüvvələri sürətli hücuma keçə bilər və müdafiə alyansı üçün xəbərdarlıq müddəti çox məhdud olar. Buna görə NATO Rusiyanın hücumunun qarşısını almaq üçün intensiv hazırlıq aparır və artıq gizli müdafiə planlarının həyata keçirilməsi üzərində işə başlayıb.
Nəşrin məlumatına görə, NATO Avropada Ali Baş Komandanı Kristofer T. Donaхyu doqquz gün əvvəl Brüsseldə alyansın 32 üzv dövlətinin hərbi nümayəndələri qarşısında "Şərq qanadında sarsıtma xətti” adlı geniş müdafiə konsepsiyasını təqdim edib — bu konsepsiyanın həcmi 4400 səhifədir. "Donaхyunun konsepsiyasında kilid rolunu pilotsuz uçuş aparatları və avtonom silahlar oynayır, həmçinin şərqi sərhəd boyunca daha çox və daha ağır silahların yerləşdirilməsi və qüvvələr arasında məlumat mübadiləsinin yaxşılaşdırılması nəzərdə tutulur”, deyə nəşr qeyd edir.
Bir müddət əvvəl Belçika müdafiə naziri demişdi ki, əgər Rusiya NATO ölkəsinə, məsələn, Brüsselyə nüvə olmayan zərbə endirməyi düşünərsə, NATO cavab olaraq "Moskvanı yer üzündən siləcək”.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte bildirmişdi ki, Putin Ukraynaya qarşı müharibədə pulunu, əsgərlərini və ideyalarını itirir. Onun sözlərinə görə, Rusiya döyüş meydanında çox şeyi əldə edə bilmir və əldə etdiyi kiçik tərəqqilər böyük qiymət hesabına başa gəlir.
Alpər
Şərhlər