Xəbər lenti

Dünya 15:30 10.02.2024

NATO Rusiya ilə qarşıdurmaya hazırlaşacaq, amma...

NATO Rusiya ilə çoxillik qarşıdurmaya hazırlaşmaq niyyətindədir, lakin eyni zamanda onunla döyüşmək niyyətində deyil. 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.

"NATO Rusiya ilə müharibə istəmir. Bununla belə, biz onilliklərlə davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq", deyə Stoltenberq bildirib.

O, həmçinin Avropanın müdafiə şirkətləri üçün daha sürətli sifarişlər verməyə çağırıb. Onun fikrincə, silah istehsalını artırmaq üçün istehsalçılara imzalanmış müqavilələr lazımdır.

Bundan əvvəl Stoltenberq bildirmişdi ki, hazırda Alyans müttəfiqlərin heç birinə ani təhlükə görmür. Baş katib həmçinin bildirib ki, NATO 2023-cü ilin iyul ayından etibarən 10 milyard avro dəyərində sursat istehsalı üçün yeni müqavilələr bağlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->