Xəbər lenti

NATO Rusiya sərhədində güc nümayiş etdirəcək
Dünya19:05 29.05.2015

NATO Rusiya sərhədində güc nümayiş etdirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Krallığın Müdafiə Nazirliyi təlimlər barədə xəbər yayıb

NATO Rusiyanın qərb sərhədlərində geniş miqyaslı təlimlərə başlayır. 

ANS PRESS-in məlumatına görə, Təlimlərdə iştirak etmək üçün bir neçə yüz Britaniyalı hərbçi də Şərqi Avropaya göndəriləcək. 

Polşa, Litva, Latviya və Estoniyada keçiriləcək təlimlər barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi xəbər yayıb. Xəbərdə deyilir ki, iyunun əvvəlində Britaniya hərbi texnikasını da həmin əraziyə göndərəcək.

Əməliyyatlardada bir neçə min hərbi qulluqçu iştirak edəcək.

Təlimlər dörd mərhələdə keçiriləcək. 

"İyunun əvvəlində Britaniya hərbçiləri təlimlərdə iştirak üçün Şərqi Avropaya və Baltika dövlətlərinə göndəriləcək. "İttifaq qalxanı" adlı kollektiv təlimlər dörd mərhələdə keçəcək. Birgə əməliyyatların keçirilməsi məqsədilə təşkil olunan təlimlərdə NATO və müttəfiq dövlətlərinin mindən çox hərbi qulluqçusu iştirak edəcək", - deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qaynar.info