Xəbər lenti

NATO tarixində ilk qadın komandan
Dünya13:55 13.05.2014

NATO tarixində ilk qadın komandan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Səhrada tufan” xüsusi əməliyyatında və digər hərbi kampaniyalarda iştirak etmiş general-mayor Kristin Lund Birləşmiş Millətlər Təşkilatının Kiprdəki hərbi qoşunlarının komandanlığına gətirilib.

“Axar.az”ın BMT-nin mətbuat katibliyinə istinadən məlumatına görə, bu barədə sərancamı təşkilatın Baş katibi Pan Gi Mun imzalayıb.

Məlumatda deyilir ki, Kristin Lundun 34 illik hərbi təcrübəsi var. O, Norveç əməliyyatından tutmuş NATO və BMT-nin ayrı-ayrı hərbi əməliyyatlarında yaxından iştirak edib.

Qeyd edək ki, 2007-ci ildə Norveç ali hərbi komandanının müavini vəzifəsinə gətirilən Lund 2009–cü ildə qadınlar arasında ölkəsində ilk dəfə general- mayor rütbəsinə layiq görülüb.

Xatırladaq ki, indi o, BMT-nin daimi həribi qoşunlarının Kipr adasındakı bölmələrinin komandanlığında çalışacaq.

Qaynar.info