Xəbər lenti

NATO Ukrayna ilə Şuranın yaradılmasını təsdiqlədi
Dünya15:08 05.07.2023

NATO Ukrayna ilə Şuranın yaradılmasını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sammitin rəsmi gündəliyinə əsasən, Şimali Atlantika Alyansı Ukrayna-NATO Şurasının (NAC) yaradılması qərarını təsdiqləyib.
Qaynarinfo-nun məlumatına görə, NATO-dan bildiriblər ki, dövlət başçıları səviyyəsində ilk görüş iyulun 12-də, sammitin ikinci günü Vilnüsdə keçiriləcək.
Daha əvvəl Amerikanın "The Wall Street Journal” qəzeti Ukrayna lideri Volodimir Zelenskinin iyulda Litvada keçiriləcək sammitə səfər edəcəyini yazmışdı. Nəşrin mənbəsinin sözlərinə görə, yeni qurum Ukraynanın gələcək NATO-ya üzvlüyünə keçid rolunu oynayacaq.
Bu arada blokun baş katibinin müavini Mirça Coana bildirib ki, NATO-da Ukraynanın Alyansa üzvlüyünü təşviq etmək üçün konsensus yoxdur.
NATO-nun baş katibi Yens Stoltenberq özü bildirib ki, Ukraynanın Alyansa daxil olmasının şərti onun Rusiya ilə münaqişədə qələbəsi olacaq.
Aydın