Xəbər lenti

NATO Ukraynanın müharibədə qələbəsini qarşısına məqsəd qoymalıdır - Eston baş nazir
Dünya 16:17 27.06.2024

NATO Ukraynanın müharibədə qələbəsini qarşısına məqsəd qoymalıdır - Eston baş nazir

NATO Ukraynanın müharibədə qələbəsini qarşısına məqsəd kimi qoymalıdır. Tərəfdaşlar Ukraynaya kifayət qədər hərbi dəstək verməlidirlər.

Qaynarinfo Alyansın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya imperializmini məğlub etmək səylərində Ukraynanı dəstəklədiyimiz üçün ödədiyimiz qiymət, aqressiya öz bəhrəsini versəydi, bu qiymətlə müqayisədə cüzidir. Və biz qələbəni hədəfimizə çevirməliyik", - Kallas deyib. 

Estoniya baş nazirinin sözlərinə görə, Ukraynadakı müharibə bütün transatlantik birliyin təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Ona görə də Ukraynaya uzunmüddətli dəstək üçün müttəfiqlərin öhdəliyi zəruridir.

"Ukrayna qarşıdakı dörd il ərzində bizim hərbi yardıma ayırdığımız ÜDM-in 0,25%-ni xərcləyəcək. Əgər bütün müttəfiqlər bunu etsəydilər, bu, Ukraynaya müharibədə qalib gəlmək üçün kifayət qədər hərbi yardım göstərərdi", - Kallas bildirib.

O, həmçinin əlavə edib ki, yardımın bütün elementləri həm də Ukraynaya üzvlük yolunda dəstəyi gücləndirmək kimi qəbul edilməlidir.

"Son onilliklərdən öyrəndiyimiz əsas dərs odur ki, boz zonalar münaqişə mənbəyidir və bizim məsuliyyətimiz Ukraynanın NATO-ya üzvlüyü prosesini davam etdirməkdir”, - deyə Kaya Kallas bildirib.

Xatırladaq ki, yaxın günlərdə Avropa İttifaqının rəhbərliyi dəyişəcək. Estoniyanın baş naziri Kaya Kallas Avropa diplomatiyasının rəhbəri vəzifəsini icra edəcək və Cosep Borreli əvəz edəcək.

Kallas Estoniyanın "dəmir ledisi” olmaqla yanaşı, Rusiya prezidenti Vladimir Putinin Avropadakı əsas əleyhdarlarından biridir. Bundan əlavə, Kallas Ukraynanı fəal şəkildə dəstəkləyir. Estoniya növbəti dörd il ərzində Ukraynaya yardım üçün ÜDM-in 0,2%-dən çoxunu ayırmaq qərarına gəlib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->